BolgeXeber.Com » BÖLGƏ TV » Nazir bu fakta qiymət verməlidir - Əks halda rüşvətxorun yanında görünəcək...

Nazir bu fakta qiymət verməlidir - Əks halda rüşvətxorun yanında görünəcək...

14-05-2016, 12:16
Oxunub: 2 977 Nazir bu fakta qiymət verməlidir - Əks halda rüşvətxorun yanında görünəcək...Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyəti ilə bağlı narazılıqlar hər zaman üst səviyyədə olub

Xüsusilə ünvanlı sosial yardımların verilməsində neqativ halların çoxluğu, yardımların konkret olaraq rüşvət qarşılığında təyin olunması haqda minlərlə şikayət var.
Amma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hər dəfə konkret fakt göstərilməsini istəyir və bu sahədə az qala inqilabi islahatlara rəvac verildiyindən dəm vurur. Onlar bu nağıllarla baş qatmaqlarında olsunlar, sizə kimdən deyim, kimdən danışım – Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzinin müdiri Aqşin Qafurovdan…
Xatırladaq ki, bir neçə gün öncə Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzində vətəndaşdan rüşvət istənilməsini əks etdirən görüntülər yayılıb. Savash.org-un elektron ünvanına göndərimiş yeni videogörüntülərdə isə rüşvətin məhz Aqşin Qafurovun göstərişi ilə istənilməsindən, bankomatların birindən ünvanlı yardım üçün ayrılmış kartlar vasitəsilə bir şəxsin küllü miqdarda pul çıxartması öz əksini tapıb.Savash.org saytına istinadən heç bir əlavə şərh vermədən həmin görüntüləri təqdim edirik. Ümid edirik ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu rüsvayçı videofaktla bağlı susqun qalmayacaq.
Bolgexeber.com