BolgeXeber.Com » BÖLGƏ TV » "Kasıb insanlara kömək etmişəm" - Saxlanılan saxta "ombudsman" - VİDEO

"Kasıb insanlara kömək etmişəm" - Saxlanılan saxta "ombudsman" - VİDEO

14-05-2016, 14:22
Oxunub: 2 976 "Kasıb insanlara kömək etmişəm" - Saxlanılan saxta "ombudsman" - VİDEOÖzünü Ombudsman aparatının əməkdaşı kimi təqdim edib, vətəndaşları aldatdı

İndi yalanları başqalarının deyil, onun qəniminə çevrilib. Əməllərinə görə cavab verməli olan şəxs Qazax sakinidir.

Bolgexeber.com Region TV-yə istinadən xəbər verir ki, Qazaxda 55 yaşlı kişi müxtəlif mağazalara gedərək dələduzluq edib. Şirvan şəhərində qeydiyyatda olan Şahməddin Həsənovun sonuncu qurbanı Qazax sakini Fariz Namazov olub. Zərərçəkən polisə müraciət edərək 68 manat məbləğində ərzaq mallarının, 200 manat nağd pulunun mənimsənildiyini bildirib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxta vəsiqə ilə insanları aldadan Şahməddin Həsənov Ağstafa rayonu, Poylu qəsəbəsində saxlanılıb.

Qazax və Ağstafa rayonlarında qohumlarının olduğunu deyən Şahməddin Həsənov iddialarla razılaşmayıb. O, sadəcə, insanlara kömək etmək üçün müxtəlif dairələrə xahiş etdiyini bildirib:

"Aparatın adından istifadə etməmişəm. Əvvəllər də "İnsan Haqlarında" işləmişəm. Kasıb insanlara xahişlə, minnətlə kömək etmişəm".

Faktla bağlı cinayət işi açılıb.