BolgeXeber.Com » BÖLGƏ TV » ‘Eurovision’un qalibi Krım türkləri haqqında mahnı oldu! – Ukrayna 1-ci!(VİDEO)

‘Eurovision’un qalibi Krım türkləri haqqında mahnı oldu! – Ukrayna 1-ci!(VİDEO)

15-05-2016, 12:45
Oxunub: 2 720 ‘Eurovision’un qalibi Krım türkləri haqqında mahnı oldu! – Ukrayna 1-ci!(VİDEO)Stokholmda, Globe Arenada keçirilən “Eurovision-2016” mahnı müsabiqəsinin qalibi məlum olub

Müsabiqənin birincisi Ukraynanı “1944” adlı mahnı ilə təmsil edən Jamala olub. Ukrayna təmsilçisi münsiflərdən 211, tamaşaçılardan 323 səs toplayaraq 534 xalla birinci olub.

Qeyd edək ki, Krım tatarlarının deportasiyasından bəhs edən “1944” adlı mahnının söz və musiqisi ifaçının özünə məxsusdur. Mahnının nəqarətində krım türkcəsində sözlərdən istifadə edilib.

Beləliklə, gələn il “Eurovision” Ukraynada keçiriləcək.Ukrayna prezidenti Petro Poroşenko ölkə təmsilçisi Jamalanı “Eurovision-2016”da qalib gəlməsi münasibətilə təbrik edib.

Prezident sosial şəbəkədəki şəxsi hesabında Jamalaya bu sözləri ünvanlayıb:

“Belə!!! Möhtəşəm çıxış və qələbə! Jamala, bütün Ukrayna sənə ürəkdən minnətdarlığını bildirir!”

Qeyd edək ki, müsabiqədə Avstraliya 3-cü, Rusiya 2-ci, Azərbaycan isə 17-ci yeri tutub.


‘Eurovision’un qalibi Krım türkləri haqqında mahnı oldu! – Ukrayna 1-ci!(VİDEO)