BolgeXeber.Com » BÖLGƏ TV » Saakaşvili azərbaycanlı naziri türmə ilə hədələdi - VİDEO

Saakaşvili azərbaycanlı naziri türmə ilə hədələdi - VİDEO

18-05-2016, 11:44
Oxunub: 2 847 Saakaşvili azərbaycanlı naziri türmə ilə hədələdi - VİDEO“Mən Gürcüstanda prezident olanda, belə insanlar türmədə otururdular”

Odessa vilayətinin qubernatoru Mixail Saakaşvili və Odessa gömrüyünün rəhbəri Yuliya Maruşevskaya Dövlət Fiksal Xidmətinin (DFX) rəisi, əslən azərbaycanlı olan Roman Nəsirovu Odessa gömrüyündə bütün anti-korrupsiya layihələrinin qarşısını almaqda ittiham ediblər.

Oxu.Az Ukrayna KİV-ə istinadən xəbər verir ki, onlar DFX rəhbərinə öz iddialarını ölkənin Baş naziri Vladimir Qroysmanın iştirakı ilə keçirilən iş müşavirəsi zamanı deyiblər.

“Mən Gürcüstanda prezident olanda, belə insanlar türmədə otururdular”, - Saakaşvili Nəsirovu göstərərək deyib. Qroysmana müraciət edən Odessa qubernatoru əminliyini vurğulayıb ki, “Nəsirovu onsuz da həbs etdirəcək”.