BolgeXeber.Com » BÖLGƏ TV » Müslümovun işçisi rüşvət videosunu çəkən şəxsi təhdid edir - VİDEO

Müslümovun işçisi rüşvət videosunu çəkən şəxsi təhdid edir - VİDEO

19-05-2016, 19:09
Oxunub: 3 370 Müslümovun işçisi rüşvət videosunu çəkən şəxsi təhdid edir - VİDEOBir müddət öncə Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzi (ƏSMM) ilə bağlı qalmaqallı məlumatlar yayılıb

Vətəndaş şikayəti və videogörüntülərin yer aldığı həmin məlumatlardan sonra düşünmək olardı ki, nazir Səlim Müslümov sözügedən şəxslər haqda ciddi tədbir görəcək və Göyçay ƏSMM-də ciddi islahatlar aparılacaq.Ancaq cumhuriyyet.az-a daxil olan məlumatlar tamamilə əksini göstərir. Belə ki, rayondan sayta daxil olan məlumata görə, həm Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzinin rəhbəri Aqşin Qafurov, həm də onun ətrafı, hətta məlum videogörüntülərdə yer alan Esmira adlı xanım hələ də iş başındadır. Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzi ilə bağlı daxil olan məlumatlar bununla yekunlaşmır. Belə ki, bu qurumdan şikayətçi olan və rüşvət iddiasını konkret video görüntü ilə sübut edən Göyçay rayon sakini Əliyev Balaseyid Seyidağa oğlu cumhuriyyet.az-a yeni müraciət ünvanlayıb. Həmin müraciətdə vətəndaş Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzinin rəhbərliyi tərəfindən təhdid olunduğunu iddia edir. B.Əliyevin videomüraciətini olduğu kimi diqqətinizə çatdırırıq: