BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanda növbəti hakim biabırçılığı-“Rəvan” - “Xəzər Lənkəran” oyununda (VİDEO)

Azərbaycanda növbəti hakim biabırçılığı-“Rəvan” - “Xəzər Lənkəran” oyununda (VİDEO)

21-05-2016, 11:27
Oxunub: 3 323 Azərbaycanda növbəti hakim biabırçılığı-“Rəvan” - “Xəzər Lənkəran” oyununda (VİDEO) Topaz Premyer Liqanın sonuncu – 36-cı turunda keçirilən “Rəvan” – “Xəzər Lənkəran” oyunu hakim biabırçılığı ilə yadda qalıb

Qol.az-ın məlumatına görə, matçın baş hakimi Ramil Diniyev qonaq komanda 2:1 hesabı ilə irəlidə olduğu vaxt onların qapısına penalti təyin edib. Həmin epizodun təkrarında qayda pozuntusunun olmadığı aşkar görünüb. Meydan sahibləri penalti sayəsində hesabı bərabərləşdirib və oyun 2:2 hesabı ilə başa çatıb.

Bu nəticə isə “Xəzər Lənkəran”ı sonuncu pilləyə enməsinə səbəb olub və cənub klubu gələn mövsüm üçün Premyer Liqada iştirak hüququndan məhrum olub.

Ramil Diniyevin bu kobud səhvi barədə xarici KİV-lər, xüsusilə Rusiya mediası xəbər yayıb.