BolgeXeber.Com » BÖLGƏ TV » GÖYÇAY: ƏSMM DİREKTORUNUN ŞOK RÜŞVƏT - VİDEOSU

GÖYÇAY: ƏSMM DİREKTORUNUN ŞOK RÜŞVƏT - VİDEOSU

23-05-2016, 16:27
Oxunub: 2 547 GÖYÇAY: ƏSMM DİREKTORUNUN ŞOK RÜŞVƏT - VİDEOSUGöyçay Əhalinin Sosial Müdafiəsi Mərkəzində vətəndaşdan rüşvət istənilməsi ilə bağlı skandal daha da böyüyüb

Azadmedia.az -ın verdiyi xəbərə görə, rüşvət tələb olunmasını əks etdirən görüntülərin ardınca mərkəzin direktoru Aqşin Qafurovun anasının olduğu iddia edilən kadrlar da yayımlanıb.

Həmin kadrlardan görünür ki, Qafurovun anası olduğu deyilən xanım sosial müavinət alan vətəndaşların kartları ilə bankomata yaxınlaşır. O, vətəndaşların kartından pul çıxarır və bankomatı tərk edir. Bu proses video kadrlarda görüntülənib.
Sayt xəbər verir ki, kadrlarda belə məlum olur - mərkəz direktoru vətəndaşların kartlarına sahiblənib və onları valideyninə təhvil verib. Maddi vəziyyəti ağır olan və dövlətin müavinətinə göz dikərək çətinliklə dolanan şəxslərin kartlarının məmur tərəfindən mənimsənilməsi həm qanunsuzluq, həm də günahdır.
Xatırladaq ki, bir neçə gün öncə Göyçay Əhalinin Sosial Müdafisi Mərkəzində vətəndaşdan rüşvət istənilməsini əks etdirən görüntülər yayılıb.
Yeni videogörüntülərdə isə rüşvətin məhz Aqşin Qafurovun göstərişi ilə istənilməsindən, bankomatların birindən ünvanlı yardım üçün ayrılmış kartlar vasitəsilə bir şəxsin küllü miqdarda pul çıxartması öz əksini tapıb. Heç bir əlavə şərh vermədən həmin görüntüləri təqdim edir. Ümid edirik ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bu rüsvaçılıqla bağlı tədbir görəcək.