Avtomobil oğurluğu, yoxsa evakuator şousu? - VİDEO
30-05-2016, 15:55
Oxunub: 4 100
Bakıda bir sürücünün başına maraqlı hadisə gəlib
Sürücü getdiyi ünvandan çıxarkən görüb ki, avtomobili saxladığı yerdə yoxdu. O, dərhal bununla bağlı polisə məlumat verib. İki gün axtarışdan sonra polis avtomobili yol polisinin cərimə meydançasından tapıb. Məlum olub ki, avtomobili evakuator dayanma durma qaydasını pozduğuna görə aparıbmış. Bu hadisə yol polisi evakuatorla avtomobili apararkən sahibinə məlumat vermə məsələsini aktuallaşdırır.
Milli.Az xəzərxəbər-ə istinadən bildirir ki, qaçırıldığı ehtimal edildən avtomobil yol polisinin cərimə meydançasından tapılıb. Bakı şəhər sakini Elmir Tapdıqov ''102''i xidmətinə məlumat verib ki, ''Mitsubişi Pajero'' markalı 90-LO-919 dövlət nömrə nişanlı avtomobili Nərimanov rayonu ərazisindən qaçrılıb. Hadisə yerinə dərhal ərazi üzrə 18-ci polis bölməsinin əməliyyat qrupu gəlib, araşdırmaya başlayıblar.
Bir neçə gün davam edən araşdırmadan sonra 18-ci polis bölməsinin əməkdaşları zərərçəkmiş Elmir Tapdıqovun avtomobilini Baş Dövlət Yol Polisi İdarəsinin 11 saylı cərimə meydançasından aşkar ediblər. Məlum olub ki, o, dayanma durma qaydasını pozduğuna görə avtomobilini evakuator aparıb.
Bu hadisə, əslində, ilk fakt deyil. Sürücülərlə söhbət zamanı onlar avtomobillərini yol polisi evakuatorla apardıqda heç bir məlumat ala bilmədiklərini deyirlər. Yol polisi evakuatorla avtomobili apararkən sahibinə məlumat vermə məsələsini aktuallaşdırır. Əslində, ''Yol patrul xidməti'' haqqında təlimatda və İnzibati Xətalar Məcəlləsində də var ki, evakuator əgər avtomobili aparırsa, sonra sahibinə mütləq məlumat verməlidir.
Bu qayda eyni ilə İnzibati Xətalar Məcəlləsində də belədi. Dayanma durma qaydasını pozduğuna görə yol polisi əvvəlcə avtomobilin şəkilini çəkməlidir. Daha sonra elektron protokol tərtib edilməlidir, həmin protokol isə ''ASAN'' ödəniş sisteminə göndərilməlidir. Asan ödənişdən isə sahibinə avtomobilinin hansı cərimə meydançasında olması ilə bağlı ''SMS'' göndərilməlidir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər