BolgeXeber.Com » BÖLGƏ TV » Mərc oyununda 50 min uduzan gənc: qarşıma çıxan ilk qız uşağını oğurladım (VİDEO)
Mərc oyununda 50 min uduzan gənc: qarşıma çıxan ilk qız uşağını oğurladım (VİDEO)
2-06-2016, 11:34
Oxunub: 4 272Adam oğurluğu törədənin məqsədi məlum olub
Daxili İşlər Nazirliyi mayın 30-da 14 yaşlı yeniyetmə Cəfər Qasımovu oğurlayan şəxsin görüntülərini yayıb. Araşdırma zamanı məlum olub ki, saxlanılan 23 yaşlı Sənan Qasımzadə mərc oyunlarında külli miqdarda pul uduzduğundan ayrı-ayrı şəxslərə yaranan borclarını ödəmək məqsədilə bu əməli törədib.
Mərc oyunlarında uduzduğu pulları cinayətlə geri qaytarmaq istədi.
Söhbət paytaxtın Binəqədi rayonu Məhəmməd Əmin Rəsulzadə qəsəbəsində kirayədə yaşayan Kürdəmir sakini 14 yaşlı Cəfər Qasımovu oğurlayıb, qaytarılması müqabilində anasından 20 min manat pul tələb edən Sənan Qasımzadədən gedir. Məlum olub ki, o, cinayəti mərc oyunlarında uduzduğu 50 min manatdan çox pulu geri qaytarmaq üçün törədib.
Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarışı İdarəsi və Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 23 yaşlı Sənan Qasımzadə idarə etdiyi avtomobillə birgə Azadlıq prospektində saxlanılıb. Onun avtomobilində olan Cəfər Qasımov isə, azad olunaraq ailəsinə təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-cü yəni, adam oğurluğu maddəsi ilə cinayət işi başlanılıb.
Bolgexeber.com “Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı material təqdim edir: