BolgeXeber.Com » BÖLGƏ TV » Almaniya-Türkiyə münasibətlərinə ağır zərbə: Bundestaq qondarma ''erməni soyqırımı''nı tanıdı - VİDEO

Almaniya-Türkiyə münasibətlərinə ağır zərbə: Bundestaq qondarma ''erməni soyqırımı''nı tanıdı - VİDEO

2-06-2016, 16:49
Oxunub: 2 737  Almaniya-Türkiyə münasibətlərinə ağır zərbə: Bundestaq qondarma ''erməni soyqırımı''nı tanıdı - VİDEOAlmaniya Bundestaqı 1915-ci il hadisələrini "soyqırım" olaraq tanıyıb

Musavat.com xarici KİV-lərə istinadən xəbər verir ki, Türkiyənin sərt şəkildə etiraz etdiyi qətnamə layihəsinin təsdiq olunduğu parlament iclasına Almaniya kansleri Angela Merkel qatilmayıb.

Məlumata görə, Osmanlı İmperiyasında ermənilərin kütləvi şəkildə qırıldığı iddia edilən və həmin hadisələri "soyqırım” kimi tanıyan qətnamənin bir nəfər əleyhinə çıxıb, bir nəfər isə bitərəf qalıb.

Bundestaqın təsdiqlədiyi sənəddə bildirilir: "Birinci dünya müharibəsi illərində Osmanlı İmperiyası tərəfindən ermənilərn məhv edilməsi, erməni xalqının minillik tarixində böyük iz buraxmış dəhşətli faciə idi. Bir çox müstəqil tarixçilər, parlamentlər və beynəlxalq təşkilatlar ermənilərə qarşı törədilmiş bu cinayəti soyqırım hesab edirlər"