Əfsanəvi boksçu Məhəmməd Əli vəfat edib-VİDEO
4-06-2016, 10:29
Oxunub: 8 042
Əfsanəvi amerikalı boksçu Məhəmməd Əli 74 yaşında vəfat edib
Bir neçə gün öncə Arizonada xəstəxanaya yerləşdirilən boksçu iyunun 3-də ağciyər çatışmazlığından dünyasını dəyişib. Məhəmməd Əli otuz ilə yaxın idi ki, Parkinson xəstəliyindən əziyyət çəkirdi. Boksçu xəstəxanaya iyunun 1-də, ağ ciyərləri ilə bağlı problemlə əlaqədar yerləşdirilmişdi. Məhəmməd Əli dünyanın ən adlı-sanlı və tanınan idmançılarındandır. Əsl adı Kassius Kley olan məşhur idmançı 22 yaşında İslamı qəbul edib və Məhəmməd Əli adını götürüb. Peşəkar karyerasına 1960-cı ildə başlamış boksçu iki dəfə - 1964 və 1974-cü illərdə WBA versiyası üzrə dünya çempionu olub. Karyerası ərzində keçirdiyi 61 görüşdən 56-da qələbə qazanıb (37 döyüşü nokautla başa vurub) və yalnız 5 görüşdə məğlub olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər