BolgeXeber.Com » BÖLGƏ TV » Əliyev Türkiyəyə görə iki görüşdən imtina etdi - Video

Əliyev Türkiyəyə görə iki görüşdən imtina etdi - Video

9-06-2016, 19:27
Oxunub: 3 449 Əliyev Türkiyəyə görə iki görüşdən imtina etdi - VideoAzərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri zamanı qardaş Türkiyəyə növbəti jest nümayiş etdirib

Publika.az xəbər verir ki, bu barədə Xəzər Strateji Araşdırmalar İnstitutunun (HASEN) baş katibi, Türkiyənin Rusiyadakı sabiq səfiri Xəlil Axınçı bildirib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Almaniyaya səfəri zamanı Bundestaq və Dostluq Qrupunun üzvləri ilə də görüşlər keçirməsi planlaşdırılsa da, Azərbaycanın dövlət başçısı alman deputatlarla görüşdən imtina edib.

X.Axınçı deyib ki, Prezident İlham Əliyevin bu addımı Türkiyəyə böyük jestdir:

“Məlum olduğu kimi, iyunun 2-də Almaniya Bundestaqı qondarma erməni soyqırımı ilə bağlı qətnamə qəbul etmişdi. Bu ərəfədə qardaş ölkə Azərbaycanın Prezidenti cənab İlham Əliyev Almaniyaya səfər etdi. Səfər zamanı Prezident İlham Əliyev protokoldan kənara çıxaraq, Almaniya Bundestaqının deputatları ilə görüşməkdən imtina edib. Prezident İlham Əliyev çıxışlarında da hər zaman qeyd edib ki, Azərbaycan və Türkiyə strateji müttəfiq və qardaş ölkələrdir. Doğrudan da, Azərbaycan bir daha Türkiyənin yanında olduğunu nümayiş etdirdi”.
Bolgexeber.com