BolgeXeber.Com » BÖLGƏ TV » ABŞ-da gecə klubunda atışma - 50 ölü, 53 yaralı- VİDEO

ABŞ-da gecə klubunda atışma - 50 ölü, 53 yaralı- VİDEO

13-06-2016, 12:39
Oxunub: 2 931 ABŞ-da gecə klubunda atışma - 50 ölü, 53 yaralı- VİDEOAta oğlunun yerinə üzr istədi

Amerikanın Orlando şəhərində (Florida ştatı) gecə klubuna silahlı basqın etməkdə şübhəli bilinən şəxsin atası Seddik Mətin NBC telekanalının efirində oğlu Ömər Mətinin yerinə üzr istəyib,Bolgexeber.com RİA Novosti-yə istinadən xəbər verir.

Onun sözlərinə əsasən, baş verənlərin dinlə heç bir əlaqəsi yoxdur. Lakin o etiraf edib ki, cinayətin səbəbi qeyri-ənənəvi seksual yönümlülərə nifrət ola bilər.

S.Mətin qeyd edib ki, oğlu bir dəfə iki kişinin öpüşdüyünü görəndə özündən çıxmışdı. Atışmanın baş verdiyi Pulse klubuna əsasən seksual azlıqların nümayəndələri gəlirlər.

19:14

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubunda törədilən terror aktı nəticəsində 50 nəfər ölüb, 53 nəfər yaralanıb.

Bunu Orlando meri Baddi Dayer açıqlayıb.

B. Dayer deyib ki, terror aktı nəticəsində 20 nəfər yox, 50 nəfər ölüb.

15:50

ABŞ-ın Orlando şəhərindəki gecə klublarından birində baş verən atışma zamanı 20 nəfər həyatını itirib.

Bu barədə Orlandonun polis şefi Con Mina keçirdiyi mətbuat konfransında məlumat verib.

“42 nəfər xəstəxanaya yerləşdirilib və təqribən 20 nəfər klubda ölüb”, — deyə Mina yerli telekanallarla yayımlanan mətbuat konfransında bildirib.

15:19

ABŞ-ın Florida ştatının Orlando şəhərində yerləşən “Pulse” gecə klubuna silahlı basqın olub.

Naməlum şəxs gecə klubuna girərək insanları girov götürüb.

Hadisə yerinə cəlb edilən hüquq-mühafizə orqanlarının əməkdaşları silahlı şəxsi zərərsizləşdirə biliblər.

Şahidlər verdiyi məlumata əsasən, atışma zamanı ən azı 25 nəfər yaralanıb.