BolgeXeber.Com » BÖLGƏ TV » Maral Tahirqızının həbsxana həyatı - VİDEO

Maral Tahirqızının həbsxana həyatı - VİDEO

15-06-2016, 12:22
Oxunub: 4 584 Maral Tahirqızının həbsxana həyatı - VİDEO“Xəzər” telekanalında yayımlanan “Rezonans” verilişi növbəti buraxılışını həbsdə olan müğənni Maral Tahirqızına həsr edib

Axşam.az-ın məlumatına görə, bir müddət əvvəl evini əxlaqsızlıq yuvasına çevirməkdə təqsirləndirilərək, həbs olunan və 3 il azadlıqdan məhrum edilən müğənni həbsxana həyatından danışıb:

“Mənə ən yuksək cəza verilib. Gələndə ilk narahatlığım yatdığım çarpayı oldu. Evdəki rahat yerdən gəlib, belə yerdə yatmaq çətin idi. Həbs olunanda məni ilk olaraq Kürdəxanıda yerləşən İstintaq Təcridxanasına apardılar. Olduğum hücrədə hamı siqaret çəkirdi. Mən də iy götürmürəm. Dedim ki, zəhmət olmasa pəncərə tərəfdə çəkin. Sonra hazırda qaldığım yerə gətiriləndə xahiş etdim ki, məni siqaret çəkməyənlərin yanına aparın”.

M.Tahirqızı həbsxana mahnılar yazdığını da deyib.