BolgeXeber.Com » BÖLGƏ TV » Məşhur youtuber xəyanətkar qadına dərs verdi - VİDEO

Məşhur youtuber xəyanətkar qadına dərs verdi - VİDEO

9-07-2016, 14:38
Oxunub: 3 302 Məşhur youtuber xəyanətkar qadına dərs verdi - VİDEOBu videonu bir həftə ərzində 5 milyon insan izləyib


Youtube məşhurlarından olan Coby Persin yeni video hazırlayıb. Persinin yeni videosunu bir həftə ərzində 5 milyon insan izləyib. Coby Persin küçədə bir xanıma yaxınlaşaraq ona qəribə bir təklif edib. O, xanımla tanış olmaq istədiyini və səyahətə getmək istədiyini bildirib. Lakin qadın əvvəlcə təklifi rədd edib. Uzun söhbətdən sonra "Infiniti" marka avtomobilin Coby Persinə yaxınlaşması hər şeyi dəyişib.

Coby Persin xanıma təyyarəsinin olduğunu və onunla Mayamiyə getmək istədiyini deyib.

"Təyyarə" sözünü eşidən qadın təklifi qəbul edib. Youtuber küçədə tanış olduğu qadını həqiqətən təyyarəyə mindirib və ondan sevgilisinə yalan söyləməsini istəyib. Bunun bir zarafat olduğunu anlamayan qadın, sevgilisinə zəng edərək xəstə olduğunu və görüşə bilməyəcəklərini deyib.

Öz məqsədinə çatan youtuber qızdan təyyarədən enərək selfie çəkməsini istəyib. O, təyyarədən enən qadının arxasınca "Bu qadın öz sevgilisini aldadıb" deyə qışqırıb. Yotuber qadını "Təyyarə ovçusu" adlandırıb. Həmin görüntüləri təqdim edirik: