BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda sarı qarpız satılır - VİDEO

Bakıda sarı qarpız satılır - VİDEO

11-07-2016, 09:17
Oxunub: 3 480 Bakıda sarı qarpız satılır - VİDEOAzərbaycanda sarı qarpız yetişdirilir. Geni dəyişdirilmiş yox, təbii məhsuldur

İlk baxışdan adi qarpızdan heç nəyi ilə fərqlənməyən qarpızın rəngi sarıdır.

Bolgexeber.com xezerxeber.com-a istinadən bildirir ki, "sarpız" adı ilə məşhurlaşan bu bostan bitkisi Bakıda 2 gündür bazara çıxarılır və artıq 800 kq-dan çox satılıb.

Satıcının sözlərinə görə, bu bitki min bir dərdin dərmanıdır.

Qarpızı ilk dəfə görənlər onun geninin dəyişdirildiyini düşünürlər. Dadına baxdıqdan sonra isə fikirlərindən daşınırlar.

Sarı qarpızın qiyməti də digərindən fərlənir, bir qədər bahadır.