BolgeXeber.Com » BÖLGƏ TV » Sabirabad Rayon İcra Hakimiyyətinin binasındakı bayraq biabırçı vəziyyətədir - VİDEOFAKT

Sabirabad Rayon İcra Hakimiyyətinin binasındakı bayraq biabırçı vəziyyətədir - VİDEOFAKT

14-07-2016, 13:19
Oxunub: 4 133 Sabirabad Rayon İcra Hakimiyyətinin binasındakı bayraq biabırçı vəziyyətədir - VİDEOFAKTSabirabad Rayon İcra Hakimiyyətinin binasındakı bayraq baxımsız vəziyyətdədir

Videoda rayon icra hakimiyyətinin binasına yerləşdirilən dövlət bayrağının baxımsız vəziyyətdə olduğu görünür. Rayon sakinlərinin lentə aldığı görüntülərdə icra hakimiyyətindəki bayraq cırılıb.
Qeyd edək ki, son 3 ildə Sabirabad rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının Prezidentinin Ehtiyat Fondundan 10 milyon manata yaxın vəsait ayrılıb. Söhbət sadəcə “Sabirabad rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədi ilə” ayrılan vəsaitlərdən gedir.
Bu qədər böyük bir məbləğin qarşısında uğrunda yüzlərlə şəhid verdiyimiz bayrağın yenisi ilə əvəz edilməsi üçün çox böyük bir vəsaitin tələb edilmədiyi hər kəsə aşikardır.
Xatırladaq ki, Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılovdur. O, düz 5 ildir - 2011-ci ilin aprelindən rayona rəhbərlik edir./azxeber.com