BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda məktəblə pivəxana üzbəüz - VİDEO

Bakıda məktəblə pivəxana üzbəüz - VİDEO

17-07-2016, 11:22
Oxunub: 2 675 Bakıda məktəblə pivəxana üzbəüz - VİDEOYolun bir tərəfində məktəb, qarşı tərəfində isə pivəxana... Belə bir durum paytaxtın Xətai rayon ərazisindədir

55 nömrəli orta məktəbin düz qarşısında şagirdlər üçün yad olan bir müəssisə fəaliyyət göstərir.

Pivəxananın içində oturan bu şəxslər isə belə bir obyektin məktəb ərazisinə yaxın bir yerdə fəaliyyət göstəməsini müxtəlif bəhanələrlə izah etməyə çalışırlar.

Bolgexeber.com xezerxeber.com-a istinadən bildirir ki, obyekt sahibləri məktəbə yaxın ərazidə pivəxananın fəaliyyətində problem görmür.

Təhsil müəssisələrinə yaxın ərazilərdə bu tipli obyektlərin fəaliyyəti isə qanunla qadağandır. Hətta belə obyekt sahibləri cəzalandırılada bilərlər.

Ekspertlər obyekt sahiblərinin daha məsuliyyətli olmaları üçün bu cəzaların daha da sərtləşdirilməsinə ehtiyac olduğunu bildirirlər. Çünki uşaqların bu tip vərdişlərə təhrik edilməsi gələcəkdə ciddi problemlərin ortaya çıxmasına gətirib çıxara bilər.