BolgeXeber.Com » BÖLGƏ TV » Türkiyədəki çevrilişə cəhdin ürək ağrıdan görüntüləri - VİDEO 18+

Türkiyədəki çevrilişə cəhdin ürək ağrıdan görüntüləri - VİDEO 18+

18-07-2016, 17:58
Oxunub: 2 970 Türkiyədəki çevrilişə cəhdin ürək ağrıdan görüntüləri - VİDEO 18+Türkiyədə hərbi çevriliş cəhdinin edildiyi 15 iyul gecəsində İstanbul Boğaziçi Körpüsündə baş verən hadisələrin ən dəqiq görüntüləri ortaya çıxıb

Publika.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüntülərə görə, bir qrup əsgər hərbi çevriliş cəhdinə etiraz etmək üçün körpüyə gedən insanların üzərinə atəş açıblar.

Vurulan vətəndaşlar taksilər, təcili yardım maşınları, hətta motosikletlərlə xəstəxanalara daşınır. Əsgərlərlə dolu bir avtobus isə körpüyə getmək istəyərkən vətəndaşlar tərəfindən dayandırılır.

Bu görüntülər səhərin ilk saatlarına qədər davam edib. Hadisələr körpünü tutan əsgərlərin təslim olması ilə başa çatır.