BolgeXeber.Com » BÖLGƏ TV » Avtobus sürücülərinin özbaşınalığına niyə son qoyulmur? - VİDEO

Avtobus sürücülərinin özbaşınalığına niyə son qoyulmur? - VİDEO

19-07-2016, 11:13
Oxunub: 2 770 Avtobus sürücülərinin özbaşınalığına niyə son qoyulmur? - VİDEOBəzi avtobus sürücüləri dayanacaq ola-ola avtobusu onlarla metr qabaqda saxlayır

Avtobusu yüksək sürətlə idarə edərək sərnişinləri təhlükəyə atmaq isə bəzi avtobus sürücülərinin günlük həyatının bir hissəsinə çevrilib. Avtobus sürücülərinin özbaşınalığı və qayda pozuntuları hər zaman olduğu kimi yenə gündəmdədir.

Bir çoxları düşünür ki, avtobus sürücülərinin özbaşınalıqlarına səbəb cəzasız qalmalarıdır. Bakı Nəqliyyat Agentliyindən bildirilir ki, şikayətlər nəticəsində 63 və 184 nömrəli marşrut xətləri ilə bağlı ciddi cəza tədbiri həyata keçirilib. Onlardan biri bağlanıb, digəri isə başqa sahibkara həvalə edilib. Bundan başqa cəzalananlar da var.

Qurumun mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarovanın dediyinə görə, sürücüləri qaydaları mütəmadi şəkildə pozan və şikayətlər gələn sahibkarlardan marşrut xətti geri alınacaq.

Bakı Nəqliyyat Agentliyi müxtəlif cəza tədbirləri həyata keçirir. Ancaq avtobus qəzalarının yenə də təkrarlanması və avtobus sürücülərinin qayda pozmağa davam etməsi bunu göstərir ki, qurum bu şəxslərlə bağlı daha ciddi addım atmalıdır.xezerxeber.