BolgeXeber.Com » BÖLGƏ TV » Məktəbin qarşısında piyada zolağı yoxdur - VİDEO

Məktəbin qarşısında piyada zolağı yoxdur - VİDEO

17-08-2016, 11:19
Oxunub: 4 221 Məktəbin qarşısında piyada zolağı yoxdur - VİDEOElə uşaqlar qədər valideyinlər də yolda piyada zolağının olmamasından narahatdılar

Son aylarda azyaşlıların vurulması ilə baş verən qəzaların sayı artıb. Bunu bu ilin son altı ayında yol qəzalarında ölən uşaqların statistikası deməyə əsas verir.

Aparılan araşdırma zamanı o da məlum olub ki, qəzaların böyük əksəriyyəti məktəbdən gələn və ya gedən şagirdlərin vurulması zamanı olub.

Məktəbin qapısı ilə yol arasında məsafə cəmi 2 metrdi. Yol kənarında səki olsa da şagirdlərin yolu keçməsi üçün heç bir piyada zolağı yoxdu.

Bolgexeber.com xezerxeber.com-a istinadən bildirir ki, bura Xətai rayon 194 saylı orta məktəbin qarşısıdı. Hazırda yay tətili olduğundan məktəbin qarşısı boşdu. Dərs vaxtı isə demək olar ki, səhər saat 8:00-dan axşam saat 19:00-a qədər sözügedən yoldan hər dəqiqə uşaqlar məktəbə girib- çıxırlar. Amma buna baxmayaraq onlar piyada zolağı olmayan yoldan çətinliklə keçdiklərini deyirlər.

Elə uşaqlar qədər valideyinlər də yolda piyada zolağının olmamasından narahatdılar. Onlar aşağı sinifdə oxuyan uşaqları məktəbə özləri aparıb gətirdiklərini deyirlər.

Bənzər vəziyyət Binəqədi rayonu 83 və 248 saylı orta məktəbin qarşısında da hökm sürür. Yol kənarında olan məktəblərin yaxınlığında nə yeraltı keçid var nə də ki, zolaq. Elə bunun nəticəsidir ki, son aylar azyaşlıların vurulması ilə baş verən qəzaların sayı artıb. Bu ilin 6 ayı ərzində respublika ərazisində yol-nəqliyyat hadisələri zamanı 19 uşaq ölüb, 80 azyaşlı isə xəsarət alıb.

Nəzəra alsaq ki, yeni dərs ilinin başlamasına təxminən bir ay vaxt qalıb aidiatı qurumlar bu məsələdə ciddi tədbirlər görməlidirlər. Yəni yol yaxınlığında olan məktəblərin qarşısında nişanlar qoyulmalı, piyada zolaqları çəkilməlidir. Məsələ ilə bağlı ''Azəravtoyol'' ASC-nin mətbuat katibi Ana Nəcəfli bildirdi ki, yeni dərs ilinə qədər yoldan silinmiş zolaqlar yenilənəcək. Amma ümumiyyətlə olmayan ərazilərlə bağlı isə məktəb rəhbərliyi Baş Dövlət Yol Polis İdarəsinin, Siqnal idarəsinə müraciət etməklə piyada zolaqlarını çəkdirə bilərlər. Ekspert, bununla yanaşı, təhlükəsizlik baxımından belə məktəblərin yolla arasında dəmir sədlərin çəkilməsini təklif edir.

Yol hərəkəti üzrə ekspert Azər Allahverənovun fikrincə, azyaşlıların vurulmasının qarşısının alınması üçün məktəblərdə şagirdlərə yol hərəkəti qaydalarının öyrədilməməsi də mühüm rol oynayır. Təbii ki, burda sürücülərin də üzərinə böyük məsuliyyət düşür. Məktəb yaxınlığından keçən istənilən sürücü diqqətli olmalı və sürət həddini aşmamalıdır.