BolgeXeber.Com » BÖLGƏ TV » Gələcək çempion Olimpiadadan öncə yer şumlayıb – VİDEO

Gələcək çempion Olimpiadadan öncə yer şumlayıb – VİDEO

23-08-2016, 13:30
Oxunub: 4 815 Gələcək çempion Olimpiadadan öncə yer şumlayıb – VİDEO20 yaşlı Əbdulrəşid Sadulayev Rusiya üçün Rio-2016-da qızıl medal qazanan ilk idmançı oldu

Onu planetin ən güclü güləşçisi adlandırmaq olar. Təsəvvür edin, 20 yasında mümkün olan bütün titulları qazanıb artıq. Gözlənildiyi kimi Rioda (yarımfinalda Dağıstanda eyni rayondan olduğu Şərif Şərifovu da keçdi) bir nəfəsə olimpiya qızılını da aldı. Və ən maraqlısı bilirsiz nədir? Belə bir fenomen idmançı doğma kəndində torpaq şumlayır.

Rusiyalı idmançıların güləş yarışlarında son anda qızılı əldən verməsi pis ənənəyə çevrilmişdi. Bu anda 20 yaşlı dağıstanlı gənc tilsimi qıraraq, olimpiya çempionu adını qazandı.

Dağıstanın Çarodin rayonunda boya-başa çatan Sadulayev əkinçiliklə məşğul olan ailəsindən də köməyini əsirgəmir. Heç bilirsiz o, dünya çempionu olandan sonra Olimpiadaya kimi nə işlə məşğul olub? Kənddə torpaq şumlayıb. Ondan səbəbini soruşanda cavabı belə olub: “Atama nə deyim? Deyim ki, olimpiadaya hazırlaşıram?”(Publika.az)Amerika KİV-nin “Rus tankı” adlandırdıqları güləşçi öz “Facebook” səhifəsində gələcək Olimpiya çempionunun Dağıstan dağlarında kotanla yer şumladığı əks olunan video yerləşdirib.

Olimpiya çempionunun qardaşı Ənvər Sədullayevin sözlərinə görə, babası hər il yayın əvvəlində nəvələrini ata qoşulmuş kotanla yeri şumlamağa məcbur edir. Sonradan isə baba həmin ərazidə kartof əkir.

Qeyd edək ki, Dağıstanın rəhbəri Ramzan Abdulatipov Sədullayevə vətənə qayıtdıqdan sonra ahaltəkə cinsindən olan at bağışlamağı planlaşdırır.