BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda funikulyor işləmir-VİDEO

Bakıda funikulyor işləmir-VİDEO

29-08-2016, 09:17
Oxunub: 3 278 Bakıda funikulyor işləmir-VİDEOBakı funikulyoru bir aya yaxındır ki, işləmir

Sözügedən nəqliyyat vasitəsindən istifadə edən sərnişinlər ya dağüstü parka pilləkənlə qalxır, ya da taksi ilə. Sakinlər və şəhərin qonaqları yayın istisində pilləkənlə qalxmağın çətin olduğunu deyirlər.

Ya pilləkənlə qalxırlar, ya dakı taksi ilə...

Bakı Funikulyorunun işləməməsi "Azneft" meydanından Dağüstü parka qalxmaq istəyən paytaxt sakinlərini çətin vəziyyətdə qoyub. Paytaxt sakinləri və şəhərin qonaqları yayın istisində Dağüstü parka pilləkənlə qalxırlar. Bu da həm yaşlı, həm də uşaqlar üçün çox çətindir.

Bir aya yaxındır ki, işləməməsinə baxmayaraq, funikulyorun qarşısında işləməməsi barədə heç bir məlumat yazılmayıb. Ancaq həvəslə funikulyora yaxınlaşanlara mühafizəçi işləmədiyini deyib yandakı pilləkənləri göstərir.

Funikulyordan istifadə etmək istəyənlər arasında əcnəbilər də çoxdur. Türkiyədən gələn bu ailə paytaxtı dağüstü parkdan görmək istədiklərini deyirlər.

Problem ilə bağlı Bakı Funikulyor İdarəsindən bildirdilər ki, Avropa istehsalı olan qatarın bir detalı sıradan çıxıb. Hazırda detal Avstriyadan sifariş edilib. Yaxın vaxtlarda təmir edildikdən sonra funikulyor sərnişinlərin istifadəsinə veriləcək.
xezerxeber