BolgeXeber.Com » BÖLGƏ TV » Cəlilabadda tapılan mis sikkələrin orta əsrlərə aid olduğu müəyyənləşdi — (VİDEO)

Cəlilabadda tapılan mis sikkələrin orta əsrlərə aid olduğu müəyyənləşdi — (VİDEO)

30-08-2016, 09:40
Oxunub: 3 204 Cəlilabadda tapılan mis sikkələrin orta əsrlərə aid olduğu müəyyənləşdi — (VİDEO)Xatırladaq ki, mis sikkələrin tədavülü gümüş böhranı ilə əlaqədar olub

Yenizaman.az saytı CTV-yə istinadən xəbər verir ki, rayonun Uzuntəpə kəndi yaxınlığında aşkarlanan qədim pullar Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları sırasına daxil edilib.

Orta əsrlərə aid sikkələrin üzərində AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunda elmi-tədqiqat işləri aparılıb.

Uzuntəpə kəndi yaxınlığında Qoşatəpə qədim yaşayış məskənində aşkarlanan pul dəfinəsi 273 ədəd mis sikkədən ibarətdir. Dirhəm və fəlslərdən ibarət olan bu sikkələrin Azərbaycanın Atabəy Eldəgizlər dövrünə aid olduğu müəyyənləşib. Sikkələrin epitafiyalarındakı salamat qalan hissələrdən aydın olub ki, qədim mis pullar İraq Səlcuq sultanı Arslan şahın hakimiyyəti dövründə kəsilib. Dirhəmin bir tərəfində Abbasilərin xəlifəsi Əbül Müzəffər əl-Müstəncidin adı həkk edilib. Digər tərəfində isə "Qurani Kərim”in "Tövbə” surəsinin 33-cü ayəsindən bir hissə yazılıb.

Xatırladaq ki, mis sikkələrin tədavülü gümüş böhranı ilə əlaqədar olub. Azərbaycan ərazisində bu böhran XI əsrin birinci yarısından XIII əsrin birinci yarısına qədər davam edib.