BolgeXeber.Com » BÖLGƏ TV » Dünya 13 yaşlı bu futbolçudan danışır-VİDEO

Dünya 13 yaşlı bu futbolçudan danışır-VİDEO

5-10-2016, 12:32
Oxunub: 3 175 Dünya 13 yaşlı bu futbolçudan danışır-VİDEO13 yaşlı Karamoko Kader Dembele, 20 yaşdan aşağı klubundakı ilk matçına çıxıb və oyunu ilə hamını heyran edib

Şotlandiya liqasında bu mövsüm 17 matçda 12 qol vuran Moussa Dembelenin çıxışı ovsunlanan "Seltik" klubunun tərəfdarı, aşağı yaş kateqoriyasında yer alan başqa bir Dembelenin də ayaq səslərini eşitməyə başlayıb. 13 yaşlı Karamoko Kader Dembele, 20 yaşdan aşağı klubundakı ilk matçına çıxıb və oyunu ilə hamını heyran edib.

Ötən gün "Seltik" ilə "Hearts" klubları arasında oynanılan U-20 matçının 81-ci dəqiqəsində oyuna daxil olan 13 yaşlı Karamoko Dembele, bu kateqoriyada forma geyinən ən gənc oyunçu titulunun sahibi olub.

Bundan əvvəl bu sahədə rekordu əlində saxlayan 16 yaşlı Cak Aitçisonın əvəzinə oyuna daxil olan Dembele, özündən 7 yaş böyüklərlə mübarizə etməsinə baxmayaraq, şans əldə etdiyi qısa müddətdə çıxışıyla rəğbət qazanıb.