BolgeXeber.Com » BÖLGƏ TV » Olimpiadada əlbəyaxa çıxdılar (VİDEO)

Olimpiadada əlbəyaxa çıxdılar (VİDEO)

9-08-2012, 05:15
Oxunub: 4 994
İspaniya-Fransa basketbol qarşılaşmasında rəqib oyunçular yumruqlaşdı

London XXX yay Olimpiya Oyunlarında İspaniya ilə Fransa arasında keçirilən basketbol üzrə 4/1 final qarşılaşmasında qalmaqal baş verib. Məlumata görə, hesabın İspaniyanın xeyrinə 66-59 olduğu vaxtda bu nəticə Fransa oyunçusu Nikolas Batumu əsəbləşdirib. Batum ispan oyunçu Xuan Karlos Navarronun qarnına yumruq vurub. Zərbəyə məruz qalan Karlos yerə yıxılıb, ispan oyunçular isə Nikolas Batuma hücum edib və oyun meydançasında qarışıqlıq yaranıb. Qarşılaşmanın amerikalı hakimi isə hadisə yerindən itələyərək uzaqlaşdırdığı Batumu daha sonra oyundan kənarlaşdırıb.