BolgeXeber.Com » BÖLGƏ TV » Goranboyda rəzalət: İcra başçısının adamı vətəndaşları şillələdi – Şok video

Goranboyda rəzalət: İcra başçısının adamı vətəndaşları şillələdi – Şok video

15-10-2016, 17:06
Oxunub: 3 369 Goranboyda rəzalət: İcra başçısının adamı vətəndaşları şillələdi – Şok videoGoranboy rayon Zeyvə kəndində icra nümayəndəsinin sakinlərə hücum etməsinin videosu yayılıb

Bolgexeber.com Admiral.az-a istinadən məlumatına görə, videodan görünür ki, icra nümayəndəsi ona etiraz edən sakinlərə şillə, yumruq, təpik atır.

Admiral.az-ın araşdırmasına görə, sakinləri döyməyə çalışan icra nümayəndəsi İlham Hüseynovdur. O, saytımıza açıqlamasında bildirib ki, bu hadisə 2015-ci ildə baş verib.

İcra nümayəndəsinin sözlərinə görə, videoda əhalinin narazlığına səbəb kənddə su probleminin olmasıdır.

“Ötən il Zeyvə kəndində su qıtlığı yaşanırdı. Əhali yolu kəsmişdi. Biz də gəlib onları ərazidən uzaqlaşdırdıq və yolu açdıq. Orada başqa söhbət ola bilməz. Biz heç kimə əl qaldırmamışıq. Bu videonun da kim tərəfindən çəkildiyini və nəyə görə yaydığını bilmirəm. Amma bununla bağlı lazımı qurumlara müraciət edəcəm”, – deyə İlham Hüseynov bildirdi.

Həmin görüntüləri sizə də təqdim edirik: