BolgeXeber.Com » BÖLGƏ TV » Türk olimpiya şərhçisi canlı yayımda ağladı – VİDEO

Türk olimpiya şərhçisi canlı yayımda ağladı – VİDEO

13-08-2012, 11:00
Oxunub: 5 769 Türkiyəli qadın atletlərin qızıl və gümüş medal qazanması ölkədə böyük sevinclə qarşılanıb.
London 2012 XXX Yay Olimpia oyunları 1 500 metr məsafəyə qaçış müsabiqəsində türkiyəli qadın atletlərin qızıl və gümüş medal qazanması ölkədə böyük sevinclə qarşılanıb. Əsli Çakır Alptəkin və Qəmzə Buludun qələbəsini TV şərhçisi də böyük həyəcanla qarşılayıb. Belə ki, “TRT-Spor” kanalının aparıcı Cüneyt Kıran altetlərin final qaçışını şərh edərkən canlı yayımda ağlamağa başlayıb.
Qeyd edək ki, Əsli Çakır Alptəkin olimpianın qızıl, Qəmzə Bulud isə gümüş medalına layiq görülüb. Xatırladaq ki, Türkiyə, London 2012 XXX Yay Olimpia oyunlarını 2 qızıl, 2 gümüş və 1 bürünc olmaqla 5 medalla başa vurdu.