Dəhşət: Təcili Yardım Bakı küçəsində can verən yaşlı qadına yaxın durmadı
21-10-2016, 18:52
Oxunub: 5 451
Bakıda yaşlı qadın küçə ortasında ölümcül vəziyyətdə tapılıb
BAKU.WS-in məlumatına görə, bu barədə Teymur Həsənov adlı şəxs sosial şəbəkədə məlumat yayıb. Vətəndaş bildirib ki, yaşlı qadını Xaçmazdan Bakıya göndəriblər, amma onun yaxınlarını tapmaq mümkün deyil:
“20 yanvarda bir sürücü məndən xahiş etdi ki, bu yaşlı qadını Logman Klinikasına apar (özü şəhəri tanımırdı). Razılaşdım. Bu qoca nənəni bir təhər maşınıma mindirdik. Ehtiyat üçün sürücünün nömrəsini aldım. Yolda həmin klinikaya zəng etdim. Dedilər ki, bu gün işləmirik. Bu qoca nənəyə deyirəm ki, bəs ora işləmir, sizi hara aparım? Arvad danışa bilmir. Zorla xırıldaya – xırıldaya dedi ki, elə ora apar.
Nənənin telefonunu qurdalıyab bir nömrə tapdım. Zəng etdim. Bir kişi götürüb dedi ki, o arvadı tanımıram. O biri sürücünü yığdım. O da dedi ki, qardaş mən onu tanımıram, sadəcə Xaçmazda maşınıma mindiriblər. Nə isə getdim o klinikanı tapdım. Nənəni qucaqlayıb yerə düşürdüm. Arvad oturdu və başına adamlar toplaşdı.
Sənədlərinin arasından nömrə götürüb hansı xəstəxanada yatıbsa, ora zəng etdik. Dedilər o arvad hal-hazırda xərçəng xəstəliyindən xəstəxanada yatır.
Sonra 103-ə zəng elədim və 20 dəqiqə sonra gəlib çıxdılar. Amma nə xeyri? Həkim arvada yaxın durmadı. Sonra kimləsə danışdı və gəlib arvada dedi ki, davay az dur gedək. Arvada heç ilk tibbi yardım belə göstərmədilər. Axırda yaşlı qocanı qucağımıza alıb özümüz maşına mindirdik. Nənə ölməsə də, bizim həkimlər onun axırına çıxacaqlar”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər