BolgeXeber.Com » BÖLGƏ TV » Bərdədə ailənin 14-cü uşağı oldu - Valideynlər sevinc içində(VİDEO, FOTO)

Bərdədə ailənin 14-cü uşağı oldu - Valideynlər sevinc içində(VİDEO, FOTO)

1-11-2016, 10:03
Oxunub: 3 712  Bərdədə ailənin 14-cü uşağı oldu - Valideynlər sevinc içində(VİDEO, FOTO)Yeni doğulan qızın adını Günay qoyublar

20 ildir evli olan Taleh İsgəndərov və Tünzalə İsgəndərova 14-cü dəfə valideyn olmağın sevincini yaşayır.

Bərdədə yaşayan İsgəndərovlar ailəsinin 2 ay əvvəl dünyaya göz açan uşaqları qızdır. Ata Taleh İsgəndərovun 45, həyat yoldaşı Tünzalə İsgəndərovanın isə 37 yaşı var. Yeni doğulan qızın adını Günay qoyublar.

Əslində sonuncu uşaq sayca 19-cudur. Doğulan körpələrdən 5-i dünyasını dəyişdiyindən 14-ü qalıb. Taleh İsgəndərov ailəni dövlətdən aldığı sosial yardım və şəhərdaxili maşurutda sürücülük işləməklə dolandırır. Tünzalə İsgəndərova da uşaqları böyütməkdə çətinlik çəkmədiyini deyir. Onun sözlərinə görə, balacalara ailənin böyük uşaqları qulluq edir.

Valideynlər qohum-əqrəbanın evinə nadir hallarda ailəlikcə qonaq getdiklərini deyirlər. Ailəvi qonaqlığa da öz mikroavtobusları ilə gedirlər.

Maraqlısı budur ki, valideynlər hələ gəncdirlər və növbəti övladlarının olacağını da istisna etmirlər.

“Xəzər Xəbər”