BolgeXeber.Com » BÖLGƏ TV » Əhəd Abıyev Ermənistan əvəzinə Kolumbiya bayrağını "sındırdıbmış" -FOTO, VİDEO(YENİLƏNİB)

Əhəd Abıyev Ermənistan əvəzinə Kolumbiya bayrağını "sındırdıbmış" -FOTO, VİDEO(YENİLƏNİB)

10-11-2016, 10:33
Oxunub: 3 590 Əhəd Abıyev Ermənistan əvəzinə Kolumbiya bayrağını "sındırdıbmış" -FOTO, VİDEO(YENİLƏNİB)Daşkəsəndə 9 noyabr Bayraq Gününə həsr olunan tədbir keçirilib

Modern.az saytı xəbər verir ki, tədbirdə Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev də öz gücünü sınayıb. Belə ki, yayılan rəsmi məlumata görə, "N” saylı hərbi hissənin əsgərlərinın çıxışlarından sonra rayon icra hakimiyyətinin başçısı Əhəd Abıyev güclü yumruq zərbəsi ilə vuraraq şifer lövhəsindən hazırlanmış təcavüzkar erməni bayrağını çilik-çilik edib. İcra başçısının yumruğu ilə erməni bayrağı darmadağın olunaraq ayaq altına salınıb.
Amma maraqlıdır ki, icra başçısının darmadağın edərək ayaqlar altına saldığı Ermənistan deyil, Kolumbiya Respublikasının bayrağı olub.
Aşağıdakı şəkildə verdiyimiz 1-ci bayraq Kolumbiya Respublikasının, 2-ci bayraq isə Ermənistan bayrağıdır. Şəkillərdən göründüyü kimi icra başçısının yumruqla sındırdığı lövhədə əks olunan bayraq da Kolumbiya Respublikasının bayrağı olub.
Əhəd Abıyev Ermənistan əvəzinə Kolumbiya bayrağını "sındırdıbmış" -FOTO, VİDEO(YENİLƏNİB)

Ermənistan bayrağı

Əhəd Abıyev Ermənistan əvəzinə Kolumbiya bayrağını "sındırdıbmış" -FOTO, VİDEO(YENİLƏNİB)


Kolumbiya bayrağı