BolgeXeber.Com » BÖLGƏ TV » İcra başçısı Əhəd Abiyevin “bayraq şousu” Kolumbiya mətbuatına çıxdı FOTO,VİDEO

İcra başçısı Əhəd Abiyevin “bayraq şousu” Kolumbiya mətbuatına çıxdı FOTO,VİDEO

11-11-2016, 11:17
Oxunub: 5 934 İcra başçısı Əhəd Abiyevin “bayraq şousu” Kolumbiya mətbuatına çıxdı  FOTO,VİDEOKolubmiya saytı Əhəd Abıyevdən yazdı

Kolumbiyanın ən populyar saytlarından biri olan colombia.com Əhəd Abıyevdən yazıb.

Ölkə.Az xəbər verir ki, sayt Əhəd Abıyevin Kolumbiya bayrağının rəngində rənglənmiş şiferi sındırdığı anı özündə əks etdirən fotonu manşet xəbəri kimi dərc edib.
İcra başçısı Əhəd Abiyevin “bayraq şousu” Kolumbiya mətbuatına çıxdı  FOTO,VİDEO

Kolumbiya saytı xəbər başlığında Əhəd Abıyevi azərbaycanlı nazir kimi təqdim edib.

Xəbərin başlığı belədir: "Ministro de Azerbaiyán rompe la bandera de Colombia" - "Azərbaycanlı nazir Kolumbiya bayrağına boyanmış lövhəni sındırdı"BakiPost.az xəbər verir ki, icra başçısı Bayraq günü münasibətilə təşkil olunmuş tədbirdə şifer üzərində çəkilmiş Ermənistan bayrağını yumruqlayıb. Lakin onun yumruqladığı Ermənistan deyil, Kolumbiya bayrağı olub. Belə ki, hər iki ölkənin bayraqlarının rəngləri bir-birinə oxşadığından icra başçısı Kolumbiya bayrağını yumruqladığının fərqində olmayıb.

Bir çoxları isə şiferin səhv tutulduğunu, bu səbəbdən Kolumbiya bayrağına oxşadığını bildirir. Lakin maraqlı məqam odur ki, şiferdəki ilk rəng sarıdır. Ermənistan bayrağında isə sonuncu rəng sarı yox, narıncıdır.
Bolgexeber.com
İcra başçısı Əhəd Abiyevin “bayraq şousu” Kolumbiya mətbuatına çıxdı  FOTO,VİDEO

Ermənistan bayrağı

İcra başçısı Əhəd Abiyevin “bayraq şousu” Kolumbiya mətbuatına çıxdı  FOTO,VİDEO


Kolumbiya bayrağı