BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda qoca kişinin oğurluğu kameraya düşdü – VİDEO

Bakıda qoca kişinin oğurluğu kameraya düşdü – VİDEO

12-11-2016, 09:26
Oxunub: 3 056 Bakıda qoca kişinin oğurluğu kameraya düşdü – VİDEOBakının mərkəzində yerləşən kitab mağazasından oğurluq edilib

Bolgexeber.com-un criminal.az-a istinadən məlumatına görə, metronun 28 may stansiyasının yaxınlığında, Süleyman Rəhimov küçəsi 190 ünvanındakı kitab mağazada edilmiş oğurluq hadisəsi kameraya düşüb.

Yaşlı kişi mağazaya daxil olur və heç kimin olmadığını düşünərək kassadan pulları götürərək cibinə qoyur, sonra isə oranı tərk edir. Hadisə səhər saatlarında baş verdiyindən kassada az pul olub.

Hadisə şahidləri həmin şəxsi tanıyır və bir neçə mağazadan müxtəlif oğurluqlar etdiyini deyir.

Xatırladaq ki, həmin ərazidə yerləşən marketdən də bir neçə dəfə oğurluq edilib.