BolgeXeber.Com » BÖLGƏ TV » Baxçada müəllimə uşağın qulağını kəsdi - Lerikdə BİABIRÇILIQ - VIDEO

Baxçada müəllimə uşağın qulağını kəsdi - Lerikdə BİABIRÇILIQ - VIDEO

12-11-2016, 14:59
Oxunub: 3 909 Baxçada müəllimə uşağın qulağını kəsdi - Lerikdə BİABIRÇILIQ - VIDEOLerik rayonunda dəhşətli hadisə qeydə alınıb

Dosye.az-a daxil olan məlumatda bildirilir ki, uşaq baxçasında Xədicə Əzizova adlı azyaşlı misli görünməyən işgəncəyə məruz qalıb.

Belə ki, baxçada nadanlığı ilə seçilən Xədicə gözlənilmədən müəllimin qəzəbinə tuş gəlib. Məlumat verən mənbə vurğulayır ki, Xədicənin qulağı müəlliməsi tərəfindən kəsilib. Vəziyyətin gərginliyini görən “cəllad” müəllimə uşağı dərhal xəstəxanaya çatdırıb. İlkin muainədən sonra uşaq evə buraxılıb.

Məsələ ilə bağlı dərhal Xədicə Əzizovanın valideyinləri ilə əlaqə yaratdıq. Araşdırmalardan sonra məlum oldu ki, xəstəxanada uşağın valideyini Əzizov Kamal Nayib oğlu hədələnib. Ona bildirilib ki, bu məsələ ilə bağlı heç bir yerə şikayət edilməməlidir. Çünki, “cəllad” müəllimə Rövşən Bağırovun köməkçisinin baçısıdır. Bir şərtlə ki, onu adı hallanmamalıdır.

Dosye.az olaraq bildirmək istəyirik ki, azyaşlı Xədicə Əzizova misli görünməyən vəhşiliyə məruz qalıb. Məsələ ilə bağlı birbaşa Daxili İşlər Naziri cənab Ramil Usubova rəsmi məktub unvanlanacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.