BolgeXeber.Com » BÖLGƏ TV » Bu reklam qadınları əsəbləşdirəcək! – VİDEO

Bu reklam qadınları əsəbləşdirəcək! – VİDEO

24-08-2012, 22:10
Oxunub: 5 067 Dünyaca məşhur şampun markasının sonuncu reklamındakı kadrlar bəzi feminist təşkilatların sərt reaksiyasına səbəb ola bilər.

Belə ki, reklamda cinsi ayrı-seçkiliyin salındığı barədə iddialar səslənir. Bolgexeber.com Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, haqqında bəhs edilən reklamda qadının sinəsi ofisdə masada oturur. Bu sinə qadınları təmsil edir. Kişini təmsil edən obraz isə ancaq saçdan ibarətdir. Əslində gözləri belə olmayan bu iki obraz bir-birinə uzun-uzun baxır, liftə birlikdə minir, nahara demək olar ki, birlikdə çıxır. Daha sonra isə bədənlər ekranda təsvir edilir.

Reklamın şüarı belədir: “Saç. Qadınların baxdığı ilk yerdir”. Məhz buna görə də bəzi feminist təşkilatlar bu reklamın kişilərin baxdığı ilk yerin qadının sinəsi olduğunu vurğulamaq istədiyini düşünür.