BolgeXeber.Com » BÖLGƏ TV » Xətaidə dövlət xəstəxanasında rüşvət biabırçılığı: tibb işçisi kameraya düşdü – VİDEO

Xətaidə dövlət xəstəxanasında rüşvət biabırçılığı: tibb işçisi kameraya düşdü – VİDEO

23-11-2016, 17:46
Oxunub: 3 781 Xətaidə dövlət xəstəxanasında rüşvət biabırçılığı: tibb işçisi kameraya düşdü – VİDEOBakıda Xətai rayonunda yerləşən Respublika Neyrocərrahiyyə Xəstəxanasında rüşvət alan tibb işçisi kameraya düşüb

Xəstə yaxınının telefonla çəkdiyi kadrlarda tibb bacısı xəstə yaxınından “şirinlik” alır. Hətta 5 manatı az görür, 10 istəyir. 10 manatlığı aldıqdan sonra isə üzr də istəyərək təşəkkür edir.

Xəstə yaxını deyir ki, burda hər şey pulladır: “Pulun yoxdursa xəstənə də baxmırlar. Həkimləri isə 5 – 10 manatla razı salmaq müşkül məsələdir. Baxmayaraq ki, bura dövlət xəstəxanasıdır”.