BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanlı futbolçuları daşıyan avtobus Siyəzəndə külə döndü – VİDEO

Azərbaycanlı futbolçuları daşıyan avtobus Siyəzəndə külə döndü – VİDEO

24-11-2016, 12:39
Oxunub: 3 436 Azərbaycanlı futbolçuları daşıyan avtobus Siyəzəndə külə döndü – VİDEOBu səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində mikroavtobus yanıb

Bu səhər saatlarında Bakı-Quba-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun Siyəzən rayonu ərazisindən keçən hissəsində mikroavtobus yanıb.
ARB ki, “İnter” futbol klubunun müxtəlif yaş qruplarında çıxış edən Xaçmaz rayonunda olan futbolçuları aparan 27 BO 154 dövlət nömrə nişanlı “QAZel” markalı mikroavtobus qəfildən alışıb.
Uşaqların məşqçisi Zöhrab Mahmudov verdiyi məlumata görə, maşında olan 20 nəfər futbolçudan xəsarət alan olmayıb. Maşının kabinəsinə tüstü dolmağa başlayan kimi futbolçular avtomobildən düşürülüb.
Hadisə yerinə yanğınsöndürən maşınlar cəlb olunub, mikroavtobus söndürülüb.