BolgeXeber.Com » BÖLGƏ TV » “Qarabağ” səfərdə darmadağın oldu- 3:0 (VİDEO)

“Qarabağ” səfərdə darmadağın oldu- 3:0 (VİDEO)

25-11-2016, 10:04
Oxunub: 3 402 Xəbər verdiyimiz kimi, bu gecə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində V turun oyunları keçirilir.

Ağdamın "Qarabağ" klubu səfərdə Çexiya "Slovan"ı ilə qarşılaşıb. Komandamız 3:0 hesabı ilə məğlub olub.

İlk qol 11-ci dəqiqədə vurulub. 57-ci dəqiqədə Komliçenko Ağdam təmsilçisinin qapısına təyin olunan penaltini dəqiq yerinə yetirib. 6 dəqiqə sonra Komliçenko dubla imza ataraq son nöqtəni qoyub - 3:0.

“J” qrupunun digər görüşü İtaliyanın “Fiorentina” və Yunanıstanın “PAOK” komandaları arasında keçirilib. Görüş 3:2 hesabı ilə “PAOK”un xeyrinə başa çatıb.

Beləliklə, qrupda 5 oyundan 10 xal toplayan "Fiorentina" ilk sırada qərarlaşıb. 7 xalla "Qarabağ" ikinci, 5 xalla PAOK üçüncü, 4 xalla "Slovan isə sonuncu yerdədir.
Qeyd edək ki, son turda “Qarabağ” doğma meydanda “Fiorentina”nı, PAOK isə “Slovan”ı qəbul edəcək.

Qeyd edək ki, son turda “Qarabağ” doğma meydanda “Fiorentina”nı, PAOK isə “Slovan”ı qəbul edəcək.
Turnir cədvəli:
№ Komanda Xal Oyun
1. Fiorentina 10 5
2. Qarabağ 7 5
3. PAOK 7 5
4. Slovan 4 5