Bakıdakı bu marketdə saxta yumurta satılır: Bu da təsdiqi - VİDEO
25-11-2016, 20:58
Oxunub: 5 045
Təranə Musayeva yumurtanı sındıranda dəhşətə gəlib
Televiziya əməkdaşının Bakıda məhşur supermarketdən aldığı yumurta onu dəhşətə gətirib. ATV televiziyasının əməkdaşı Təranə Musayeva 'Araz' supermarketindən yumurta alıb. Yumurtanı sındıranda isə dəhşətə gəlib. Yumurtanın sarısı 'plastrin' şəklində olub və əl ilə istənilən formaya düşüb. T.Musayeva facebook profilində şahidi olduğu hadisəni belə canlandırıb: 'Bu yumurtanı 'Araz' marketdən almışam. Çiy olsa da, sarısını əlimlə istədiyim formaya sala bildim. Həyəcan təbili çalmaq lazımdır. Belə olmaz. Bizim günahımız nədir? Niyə müvafiq orqanlar ölçü götürmür? Yumurta nəlbəkidə bir az qalandan sonra rəngi dəyişib qəribə rəng aldı'.
"Araz" Supermarketlər Şəbəkəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin meneceri Elvin Babayev Criminal.az-a açıqlamasında bildirdi ki, müştəri məmmnuniyyətinə önəm verərək daima satışda olan məhsulların keyfiyyətli olmasına diqqət edir, istehsalçılardan aldığı kənd təsərrüfatı məshsullarının dövlət standartlarına uyğunluğunu təsdiq edən sertifikatlar tələb edirik.
Onun sözlərinə görə, Araz Supermarketər şəbəkəsinə daxil olan istehlakıçı şikayətləri dərhal araşdırılır: 'Hal-hazırda supermarketlərimizdə satışda olan yumurtalar Giləzi Quşçuluq MMC-dən alınır. Biz Giləzi Quşçuluq MMC-dən məhsulları alarkən onların uyğunluq sertifikatını da tələb edirik. Bu sertifikatlar ictimaiyyətə açıqdır. Qeyd olunan şikayətlə bağlı dərhal marketlərimizdə reydlər apardıq və nümunələr götürdük. Bu nümunələr keyfiyyətə nəzarət şöbəsi tərəfindən yoxlanıldı. Lakin qeyd olunan şikayət öz təsdiqini tapmadı'.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər