Azərbaycan efirində söyüşlü dava – qızla oğlan dalaşdı -VİDEO
26-11-2016, 09:47
Oxunub: 4 858
ARB-nin efirində yayımlanan “Ferma” realiti şousunda növbəti böyük qalmaqal baş verib
Bolgexeber.com Qafqazinfo-ya istinadla xəbər verir ki, verilişin ötən gün yayımlanan bölümündə iştirakçılar Nərmin Məmmədova ilə İbrahim İbrahimli arasında dava olub.
Ötən bölümlərdə Nərmin Məmmədova seçəcəyi yeni idarəçi barədə Elnarə Abbasova ilə söhbət edib, Fərid Əliyevə səs verməyəcəyini deyib.
Onun Fəridi Elnarə ilə müzakirə etməsi oğlan qrupunun yeni üzvü olan İbrahim İbrahimlinin etirazına səbəb olub.
Nərmin bağlanmış mövzunu yenidən açıb, İbrahim əsəbilərini cilovlaya bilməyərək mübahisə etməyə başlayıb. O, xanım iştirakçıya hücum etmək istəyib.
Nərmin bəy iştirakçının ünvanına kobud sözlər deyib, onu daşlamağa başlayıb. Davaya digər iştirakçılar müdaxilə etməyə başlayıblar, Nərmini qızlar otağına gətiriblər. İştirakçılar Nərmini cərimələnəciyi barədə xəbərdarlıq edib.
Əsəbiləşən iştirakçı “Tüpürərəm cəriməyə” deyərək sobaya təpik vurub.
Nərmin Məmmədova qaydaları 100 faiz pozduğuna görə “Ferma”dan uzaqlaşdırılıb. Onun 2 il ərzində qazandığı bütün pullar sıfıra endirilib.
Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər