BolgeXeber.Com » BÖLGƏ TV » Dərmanın üzərində 17,32, qəbzin üstündə isə 19 manat 20 qəpikdir-VİDEO

Dərmanın üzərində 17,32, qəbzin üstündə isə 19 manat 20 qəpikdir-VİDEO

27-01-2017, 15:13
Oxunub: 4 535 Dərmanın üzərində 17,32, qəbzin üstündə isə 19 manat 20 qəpikdir-VİDEOHadisə paytaxt sakini Nicat Haqverdiyevin başına gəlib


Dərmanın üzərində bir qiymət, qəbzin üzərində isə başqa bir qiymətdir. Üzərində qiyməti 17 manat 32 qəpik yazılan dərman müştəriyə 19 manat 20 qəpiyə satılıb.

Bolgexeber.com Xezerxeber.az-a istinadən xəbər verir ki, hadisə paytaxt sakini Nicat Haqverdiyevin başına gəlib.

O, dərman vasitəsini Yasamal rayonu, Şərifzadə küçəsində yerləşən apteklərdən birindən aldığını deyir.

Sonra isə Nicat Haqverdiyev aldadıldığını iddia edərək dərman vasitəsini aldığı aptekə geri qaytarıb. Məsələ ilə bağlı dərmanın satıldığı aptekdə satıcı işləyən Leyla Məmmədova bildirdi ki, həmin dərmanların qiyməti otən ilin noyabr ayında Tarif Şurası tərəfindən dəyişdirilib.

Preparatın hazırkı qiyməti 19 manat 20 qəpikdir.

İqtisadiyyat Nazirliyindən bildirildi ki, apteklərdə satışda olan dərman vasitələrinin əksəriyyətinin qiyməti Tarif Şurası tərəfindən tənzimlənir.

Konkret sözügedən dərman vasitəsinin adı Tarif Şurasının qiymətlərini təsdiqlədiyi dərmanlar siyahısındadır. Nazirlikdən həmçinin xatırladıldı ki, bütün aptek sahibləri dərmanları Tarif Şurasının təsdiq etdiyi qiymətlərlə satmalıdır.