BolgeXeber.Com » BÖLGƏ TV » Goranboyda su quyusu od tutub yanır - Yerdən qalxan buğ, alov bir neçə kilometrdən diqqət çəkir-VİDEO

Goranboyda su quyusu od tutub yanır - Yerdən qalxan buğ, alov bir neçə kilometrdən diqqət çəkir-VİDEO

6-02-2017, 09:48
Oxunub: 4 517  Goranboyda su quyusu od tutub yanır - Yerdən qalxan buğ, alov bir neçə kilometrdən diqqət çəkir-VİDEOGörüntülər Goranboyun Qızılhacılı qəsəbəsindəndir

Su quyusu od tutub yanır. Goranboydakı su quyusu görənləri təəccübləndirir. Sakinlər bu suyun müalicəvi olduğunu da iddia edirlər.

Yerdən qalxan buğ, alov, hətta bir neçə kilometrdən diqqət çəkir. Yaxınlaşdıqda isə yanan şeyin yerin altından çıxan su olduğu məlum olur. Görüntülər Goranboyun Qızılhacılı qəsəbəsindəndir. Su quyusu ötən əsrin 40-cı illərində əslində neft məqsədi ilə qazılıb. Qəsəbə sakinləri 3 min metrdən artıq dərinliyə malik olan quyudan çıxan mayenin qaz, kükürdlə qarışıq olduğu üçün yandığını deyirlər. Sakinlər qaynar halda çıxan duzlu suyun müalicəvi əhəmiyyətə malik olduğunu bildirirlər.

Yerin altından çıxan maye duzlu olduğundan təsərüffatda istifadə edilməsə də Kəndlilər sudan ayrılan qazdan istixananın qızdılmasında və tikinti materyalının hazırlamaq üçün yararlanırlar.

Yerli sakinlər müalicəvi suyun çıxdığı ərazinin ətrafının abadlaşdırlmasını, turizm məqsədi ilə istifadə edilməsini vacib hesab edirlər. Goranboyun Bolsulu, Qazanbulaq, Ballıqaya kəndlərində də belə müalicəvi sular çıxır.