BolgeXeber.Com » BÖLGƏ TV » DÜNYA 26 il öncə həcc ziyarətində yoxa çıxan ailəli qadın tapıldı - Əri edam ediləcək - VİDEO
DÜNYA 26 il öncə həcc ziyarətində yoxa çıxan ailəli qadın tapıldı - Əri edam ediləcək - VİDEO
7-02-2017, 12:47
Oxunub: 5 777
"Fahirə Karanı oğurlayan şəxs edam ediləcək"
1990-cı ildə həyat yoldaşı ilə həcc ibadətini reallaşdırarkən baş verən izdihamda xəstəxanaya çatdırılan və 26 ildir haqqında heç bir xəbər olmayan Fahirə Karanın yaşadığı məlum olub.
Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, Müge Anlının "Tatlı Sert" proqramında axtarılan Fahirə Karanı bir yəmənlinin saxladığı ortaya çıxıb. Ümrədən verilişə gələn bir tamaşaçı Fahirə Karanın evdən çölə çıxarılmadığını və Səudiyyə Ərəbistanında 3 uşağı olduğunu deyib.
"Fahirə Karanı oğurlayan şəxs edam ediləcək"
Səudiyyə Ərəbistanında Fahirə Karanın oğurlandığı söz-söhbətlərinin danışıldığını ifadə edən şəxs: "Səudiyyədə Fahirə Karanı qaçıran yəmənlinin edam ediləcəyi deyilir", - ifadəsini işlədib.
Fahirə Kara niyə tapılmır?
Fahirə Karanın Ərəbistanda çölə çıxmamaq səbəbi ortaya çıxıb. Ərəbistandakı uşaqlarından birinin təhlükəsizlik güclərində çalışdığı deyilir. Türkiyənin Ciddə baş konsulluğunun Fahirə Karanı axtardığını bildiyi üçün, o, anasına görə atasının asılmaması üçün Fahirə Karanı gizlədir.
Fahirə Karanın evi tapıldı!
Ərəbistanda həcc ziyarətinə yollanan bir türk hacının qaldığı oteldə çalışan işçi isə Fahirə Karanı qaçıran adamın qohumu olduğunu və hər şeyi bildiyini deyib: "Hadisənin üzərindən 30 il keçdi. Fahirə Kara Türkiyəyə dönmək üçün çox çalışdı, lakin aradan keçən illər sonrası Türkiyəyə dönə bilməyəcəyini anlayınca Ərəbistanda özünə bir həyat qurdu. Çox çalışdı, özünə aid ikimərtəbəli evi var. Buradan Türkiyəyə dönsə, kimin yanında qalacaq? Kim ona nə qədər baxacaq? Öncə hər kəs onu qəbul edəcək, lakin 6 ay sonra nə olacaq?" - Ifadələrini işlədib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər