Bakıda sürücüləri "zibilə salan” şəxs həbs edildi-VİDEO
8-02-2017, 20:09
Oxunub: 6 317
Abşeron polisi günün günorta çağı sürücülərə qənim kəsilən, özünü hərəkətdə olan avtomobillərin altına ataraq onları şantaj edən şəxsi ifşa edib
Baku.ws xəbər verir ki, əslən Masallı rayonundan olan 42 yaşlı Zöhrab Abıyev öz pis niyyətli işini Xırdalan şəhərində həyata keçirərkən polis əməkdaşları tərəfindən saxlanılaraq idarəyə gətirilib. Dindirilmə zamanı o, bu hərəkətlərini narkotik maddə aludəçisi olduğu üçün törətdiyi bildirib.
Abşeron Rayon Polis İdarəsindən bildirilib ki, əvvəllər məhkumluq həyatı yaşamış Zöhrab Abıyev çirkin əməllərini Bakının bir neçə ərazisində dəfələrlə təkrarlıyıb. Sürücülərdən şantaj yolu ilə əldə etdiyi pulu isə narkotikaya verib. Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, Zöhrab Abıyev bir müddət əvvəl Alatavadan Şamaxinkaya çıxan yolda növbəti dələduzluğunu etməyə hazırlaşakən avtomobillərdən birinin kamerasına yaxalanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər