Binəqədidə BİABIRÇILIQ: sakinlər evlərində dustaq olub – SƏBƏB (VİDEO)
9-02-2017, 14:36
Oxunub: 6 141
Bakı şəhəri Binəqədi rayonu, Biləcəri qəsəbəsinin sakinləri illərdir evlərində dustaq olublar, evindən çıxan isə qayıda bilmir
BAKU.WS-in məlumatına görə, "Daş bazarı" adlanan ərazidə yaşayan sakinlər yol və kanalizasiya problemlərindən əziyyət çəkirlər. Havanın yağmurlu olması bir yana, kanalizasiya suyu da yolu tamam kəsib. Hətta yolsuzluq avtomobili ilə də yaşayış massivinə girmək mümkün deyil.
Sakinlərin dediyinə görə, hətta yük maşını belə yoldan keçməkdə çətinlik çəkir. Qəsəbədə üfunət qoxusundan burun tutulur. Dəfələrlə Binəqədi rayon icra hakimiyyətinə, Binəqədi bələdiyyəsinə müracitə olunsa da, problemin həlli bir yana, heç maraqlanan da olmayıb.
Halbu ki, Binəqədi rayon icra başçısı Xaləddin İbrahimovun 2014-cü ilin 19 iyununda imzaladığı sərəncama əsasən "Təmiz Binqədi” layihəsinə start verilmişdi. Layihəyə əsasən, qısa müddətdə Binəqədinin bütün problemləri öz həllini tapmalı, küçə və prospektləri abadlaşdırılmalı, su və kanalizasiya xəttləri yenilənməli idi. Amma görünən odur ki, Xaləddin İbrahimovun sərəncamı sadəcə kağız üzərində qaldı. Binəqədinin bəzi yerləri isə gündən-günə xarabalığa çevrilir.
Bolgexeber.com qəsəbə sakinlərinin lentə aldığı kadrları təqdim edir:
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər