BolgeXeber.Com » BÖLGƏ TV » Yer kürəsinin ən uzunömürlü qadınlarından birinin Gürcüstanda yaşadığı məlum olub-VİDEO

Yer kürəsinin ən uzunömürlü qadınlarından birinin Gürcüstanda yaşadığı məlum olub-VİDEO

16-02-2017, 17:25
Oxunub: 4 150 Yer kürəsinin ən uzunömürlü qadınlarından birinin Gürcüstanda yaşadığı məlum olub-VİDEOGürcüstanın qərbində, Martvilidə dünyanın ən yaşlı qadınlarından biri yaşayır

Bolgexeber.com xəbər verir ki, bu barədə “Novosti-Qruzii” məlumat yayıb.

2017-ci ilin fevralın 13-də Kseniya Berulava 117-ci ad gününü qeyd edib. O, 1900-cü ildə anadan olub.

Hazırda uzunömürlü qızı ilə bərabər yaşayır. Ailə qurana qədər Kseniya Breqvadze soyadını daşıyıb, daha sonra isə ərinin soyadını götürüb. Onun əri Dmitri Berulava 1943-cü ildə Kerç ətrafında cəbhədə ölüb. Kseniyanın qızı Avelina Qaldavanın bu yaxınlarda 79 yaşı tamam olub.

Uzunömürlünün ad gününü onun qohumları və Gürcüstanın Dövlət veteranlarla iş üzrə regional xidmətin nümayəndələri təbrik edib.