BolgeXeber.Com » BÖLGƏ TV » İp də getdi, it də - Belə dələduzlara qarşı diqqətli olun! VİDEO

İp də getdi, it də - Belə dələduzlara qarşı diqqətli olun! VİDEO

17-02-2017, 10:58
Oxunub: 4 886  İp də getdi, it də - Belə dələduzlara qarşı diqqətli olun! VİDEOTürkiyədə dövlət universitetinə köçürülmək üçün 16 min dollar verən azərbaycanlı tələbələr dələduzların qurbanı olub

Şirkət bir müddət onları yubaddıqdan sonra nə köçürüb, nə də pullarını qaytarır. Dələduzluq iddiasını "Xəzər Xəbər" araşdırıb.

Türkiyədə universitetə köçürülmək üçün 16 min dollar verən Azərbaycanlı tələbələr dələduzluğun qurbanı oldu. Nə köçürüldülər, nə də pulları qaytarıılır

Təhsillərini Türkiyədə davam etdirmək istəyən Tibb Universitetinin tələbələri İlhamə İsmayılova, İbrahim Can Tokgöz və daha bir neçəsi Bakıda fəaliyyət göstərən ''Global Group'' şirkətinə müraciət edib. Şirkətin rəhbəri Doğukan Arassert onlara bildirib ki, onları 16 min ABŞ dolları qarşılığında Türkiyə dövlət universitetlərinin birinə köçürəcəklər.

Digər tələbələr də Türkiyəyə köçürülmək ümidi ilə deyilən hesab nömrəsinə pul köçürüblər.

Zərərçəkənlərin iddiasına görə, ilk danişılarkən onlara türkiyədəki dövlət universitetiə köçürüləcəkləri deyilib. Ancaq sonradan köçürülmənin sadəcə özəl universitetlərə mümkün olduğu bildirilib. Tələbələr zəl universitetlərdə oxumaq istəmirlər. Onlar aldadıldığını və pullarının geri qaytarılmasını istəyirlər. Üstəlik zərərçəkənlər iddia edir ki, şirkətin adı da artıq dəyişilərək ''European Group'' edilib.

İddianı araşdırmaq üçün sözügedən şirkətə getdik. Şirkətdə çəkiliş qrupu olduğumuzu biləndə hər kəs bir anda yoxa çıxdı.

Ancaq daha sonra şirkətlə əlaqə saxlamaq mümkün oldu. Onlar iddiaya cavab olaraq bildirdilər ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi bu məsələyə baxıb və iddia təsdiqini tapmayıb. Ancaq təqdim etdikləri sənəddə belə bir şeyin olmadığı aydın oldu. Sənəddə onlara məsələnin araşdırılması üçün məhkəməyə müraciət edilməsi tövsiyyə olunur.