BolgeXeber.Com » BÖLGƏ TV » Bakıda 12 yaşlı qızı anası küçəyə atdı - "Yalvardım, amma faydası olmadı - VİDEO

Bakıda 12 yaşlı qızı anası küçəyə atdı - "Yalvardım, amma faydası olmadı - VİDEO

20-02-2017, 11:08
Oxunub: 1 241 Bakıda 12 yaşlı qızı anası küçəyə atdı - "Yalvardım, amma faydası olmadı - VİDEOBakıda 12 yaşlı qız anası tərəfindən küçəyə atılaraq, tərk edilib

Xezerxeber.az məlumat verir ki, cəmi 12 yaşı olsa da, artıq həyatın ən çətin tərəfi ilə üzləşib, valideynsiz qaldığından Azərbaycan Uşaqlar Birliyinin sığınacağına yerləşdirilib.

Anası onu 3 gün əvvəl sığınacağın qarşına qoyraq çıxıb gedib. Qızcığaz anasının onu tək qoymaması üçün yalvarsa da, bir faydası olmayıb.

Bir müddət küçələrdə qalan qızcığaz, artıq anasını istəmədiyini deyir. Səbəb isə təkcə sığınacağa atılması deyil, daim onun tərəfindən zorakılığa məruz qalmasıdır.

Uşağın sözlərinə görə, yaxşı ana övladına zülm verməyən, ona qayğı göstərən insandır.

12 yaşınadək anası onun təhsil almasına da imkan verməyib. Qızcığazın ən böyk arzularından biri təhsil alıb müəllimə olmaqdır. Ancaq hələlik reablitasiya prosesinə cəlb edilib.

Balaca qızçığaz olanlara baxmayaraq, anasının gələcəyi günü səbrsizliklə gözləyir.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: