BolgeXeber.Com » BÖLGƏ TV » Bu görüntünün sirri nə? VİDEO

Bu görüntünün sirri nə? VİDEO

25-02-2017, 11:14
Oxunub: 6 457 Bu görüntünün sirri nə? VİDEOBir dəqiqədə 2 milyon qalon suyu içinə çəkən bu dəlik ilk görünüşdə bir təbiət hadisəsi kimi görünsə də, əslində göl kənarına 1953-1957 illəri arasında inşa edilən bir səddin suötürücü kanalıdır

22 metrlik nəhəng suötürücü kanalı barajdakı su səviyyəsi qalxanda daşqını önləmək üçün istifadə edilən bir təhlükəsizlik kanalıdır. Barajdakı su səviyyəsi artanda avtomatik olaraq dövrəyə girən kanal, ilk baxışda gölün ortasında bir girdab təəssüratı yaradır.
Putah çayının önünə sədd çəkilərək yaradılan Berrysea gölü, eyni zamanda Kaliforniyanın ikinci böyük anbar gölü sayılır.
ABŞ Daxili İşlər Nazirliyinin əkinçilik ərazilərinə Dəstək Mərkəzi tərəfindən yayılan görüntülər ictimai mediada milyonların diqqətini çəkib.