BolgeXeber.Com » BÖLGƏ TV » Ordumuz erməni qərargahını darmadağın etdi: 10-larla itki - VİDEO

Ordumuz erməni qərargahını darmadağın etdi: 10-larla itki - VİDEO

2-03-2017, 10:45
Oxunub: 4 720 Ordumuz erməni qərargahını darmadağın etdi: 10-larla itki - VİDEOMartın 1-i axşam saatlarında işğal altında olan Xocavənd rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin mühəndis-istehkam baxımından hazırlanmış və atəş vasitələri ilə gücləndirilmiş dayaq məntəqələrinin qərargahına qoşunlarımız tərəfindən atəşlə cavab zərbəsi endirilib

Müdafiə Nazirliyindən verilən məlumata görə, qeydə alınan videogörüntüdə qərargah qarşısındakı hərbi nəqliyyat vasitələrinin və şəxsi heyətin məhv edilməsinin aydın görünməsinə baxmayaraq erməni tərəfi onlarla itkisinin sayını inadla gizlətməyə çalışır.

Bütün cəbhəboyu əməliyyat şəraitinə qoşunlarımız tam nəzarət edir.